Çavuşoğlu: “Qarabağla bağlı razılaşma Ankara ilə İrəvanın münasibətlərinə müsbət təsir göstərə bilər”

  • Space TV
  • 3 Dekabr 2020 16:25

Dağlıq Qarabağla bağlı razılaşma Ankara ilə İrəvanın münasibətlərinə müsbət təsir göstərə bilər.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının videokonfrans yolu ilə keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

“Azərbaycan, Ermənistan və Rusiya arasındakı razılaşma üç onillikdən sonra sülhün bərqərar olması üçün real bir fürsəti təmsil edir. Bu, mütləq regional sabitliyə, eləcə də Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir göstərəcək”, – deyə türkiyəli nazir bildirib.

Paylaş

 Xəbəriniz olsun