Çavuşoğlu: “Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir”

  • Space TV
  • 29 Dekabr 2020 15:17

“22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik”.

Spacetv.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.

“Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar”, – o deyib.

M.Çavuşoğlu Rusiya ilə kitərəfli ticarət əlaqələrini də inkişaf etdirəcəklərini vurğulayıb.

Türkiyə XİN başçısı Liviya və Suriyada Rusiya ilə birgə fəaliyyəti də yüksək qiymətləndirib.

Paylaş

 Xəbəriniz olsun