Cavid Qurbanov “Şahdağ”a qatar yolunun tikintisindən danışdı: “Artıq üç milyon manat pul ayrılıb”

  • Space TV
  • 17 Dekabr 2019 12:25

“Şahdağ”a gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb. 

SPACE TV  xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı artıq üç milyon manat pul ayrılıb:

“Bu işi Türkiyənin şirkətlərindən biri həyata keçirəcək”.

Paylaş

 Xəbəriniz olsun