Cari ilin 9 ayı ərzində 95 mindən çox körpə doğulub

  • Space TV
  • 17 Noyabr 2020 16:09

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində 95 min 399 doğulan körpə qeydə alınıb.

Spacetv.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,8 təşkil edib. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2 548-i əkiz, 84-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

Bu ilin 9 ayında ölkə üzrə 46 min 995 ölüm halı qeydə alınıb.

Məlumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Paylaş

 Xəbəriniz olsun