CAR “AstraZeneca” ilə vaksinasiyanı dayandırdı: Yeni ştamma təsirsizdir

  • Space TV
  • 8 Fevral 2021 12:40

CAR səlahiyyətliləri Britaniya-İsveç əczaçılıq şirkəti “AstraZeneca” tərəfindən istehsal olunan koronavirus peyvəndi ilə vaksinasiya prosesini dayandırıb.

“Reuters” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Zveli Mkxize məlumat verib.

O, tədqiqatlarda bu peyvəndin koronavirusun “Cənubi Afrika ştammı”na qarşı aşağı effektivlik göstərdiyini bildirib.

Hazırda səlahiyyətlilər istehsalçıdan əlavə tövsiyələr gözləyirlər.

Nazir vurğulayıb ki, buna baxmayaraq, peyvənd proqramı ləğv edilmir:

“Gələn həftədən başlayaraq dörd həftə ərzində “Johnson & Johnson”, “Pfizer” peyvəndlərini gözləyirik. Bu peyvəndlər səhiyyə işçilərinin istifadəsinə veriləcək”.

Paylaş

 Xəbəriniz olsun