Çaqqal 3 nəfərə hücum edib – VİDEO

  • Space TV
  • 2 Sentyabr 2020 12:16

Salyanda çaqqal 3 nəfərə hücum edərək xəsarət yetirib. Space TV-nin xəbərinə görə, hadisə  Salyan rayonunun Seyidsadıqlı kəndində baş verib.  Kənd sakini, 85 yaşlı Xanım Kazımova evdən bayıra çıxıb həyətə düşərkən qəfil çaqqal hücumuna məruz qalıb. Sonra çaqqal onun qonşusu, 57 yaşlı Eyvaz Tağıyev və 54 yaşlı Xatirə Tağıyevaya hücum edib. Vəhşi heyvan hər üç şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, quduzluğa qarşı vaksin vurulub evə buraxılan xəstələr hazırda həkimlər tərəfindən  nəzarətdə saxlanılır.

Təyyar Nəsirli, Vüqar Qaliboğlu, Space TV

Paylaş

 Xəbəriniz olsun