“Canımı vətənə qurban verərəm” deyən ŞƏHİDİMİZ

  • Space TV
  • 29 Yanvar 2021 15:19

Elmir Vidadi oğlu Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində doğulub.

Ümumi orta təhsilini 28 nömrəli tam orta məktəbdə alıb. 1 nömrəli Gəncə peşə liseyində təhsilini davam etdirib. Əsgərliyə getmədən öncə yaxınlarına “ürəyimə damıb ki, şəhid olacağam” deyən Elmir anasına da “şəhid olsam, ağlama, başını dik tut” deyib son görüşündə.

Qardaşının sözlərinə görə, Elmir hər zaman Milli Qəhrəman Mübariz İbrahimov haqqında videolara baxıb deyirmiş ki, “gör, necə oğullar gedib bu dünyadan”. Elmir hələ uşaq ikən “Canımı bu Vətənə qurban verərəm” söyləyib.

Elmir Nəcəfov 2 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş

 Xəbəriniz olsun