Canavarlar fermaya hücum edib – 40 qoyun parçaladı

  • SpaceTV
  • 14 Oktyabr 2019 11:05

Zaqatalada canavarlar xırdabuynuzlu heyvanların saxlanıldığı fermaya hücum edib.

SPACE TV  
xəbər verir ki, hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib. Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb.

Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxınını yaralayıb. Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti altında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava-dərman verilib.

Paylaş

 Xəbəriniz olsun