Canavar sürüsü kəndə girib

  • SpaceTV
  • 4 Noyabr 2019 15:02

Sürü halında dolaşan canavarlar Quba rayonun Xınalıq kəndin yaxınlığında müşahidə edilib.

 Kənd sakinləri SPACE TV-in bölgə müxbiri Emin Vaqifoğluya bildiriblər ki, qar yağandan sonra ətrafda çox sayda canavar dolaşmağa başlayıb. Sürüdə qurdların sayı 7-8, bəzən isə daha çox olub.Kənd camaatı ayıq-sayıq olduğundan hələ ki, sakinlərə heç bir ziyan dəyməyib.Səs küy salan sakinlər canavarları kənddən bu yolla uzaqlaşdıra bildirsələr də amma qurdların kənd üçün təhlükəli olduğu məlum məsələdir.Kənd sakinləri  canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkindiklərini bildiriblər.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun