Hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib. Kənd
sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə
təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan
40 – nı parçalayıb. Təsərrüfat sahiblərinin dediyinə görə,qısa müddətə fermadan
evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş
heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxınını yaralayıb.
Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti aldında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava dərman verilib. Lakin heyvandarlar yaralı hevvanların sağalacağına ümid etmirlər.
İlkin Piranov SPACE TV