Can Dündarın cəzası bəlli oldu

  • Space TV
  • 23 Dekabr 2020 14:25

Türkiyəli tədqiqatçı, jurnalist Can Dündar “casusluq” və “silahlı terror təşkilatına kömək” ittihamı ilə 27 il 6 ay həbs cəzasına məhkum edilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayır.

Qeyd edilir ki, o, “Cumhuriyet” qəzetinin baş redaktoru olduğu müddətdə MİT (Milli Kəşfiyyat Təşkilatı) TIR-larının dayandırılması ilə bağlı məxfi saxlanılması lazım olan məlumatları və fotoları yayımlayıb.

Dündar və vəkilləri məhkəməyə gəlməyiblər.

Uzun müddət fərari olaraq axtarışa verilən Dündarın dərhal həbs edilməsinə qərar verilib.

Paylaş

 Xəbəriniz olsun