Camışların sayı 4 min başa çatdırılıb

  • SpaceTV
  • 1 Noyabr 2019 17:30

Təbii iqlim şəratinin  mövcud olması gəlirli sahə olan camışçılığın inkişaf etdirilməsi üçün vacib şərtlərdəndir. Elə Masallının Qızılağac kəndi ərazisində lazımi şərait mövcud olduğundan əhalinin bir qismi bu sahə ilə məşğul olur. Misal üçün, kənd sakini fermer  Simnar Həsənli dövlət dəstəyindən yararlanaraq güzəştli kredit alıb və heyvanların sayını artırıb. Heyvanlarının sayı 50-ni ötən təsərrüfat sahibi deyir ki, camışı saxlamaq nə qədər çətin olsa da, sərfəlidir. Camışların sağımını əsasən kişilər həyata keçirir. İnəklərdən fərqli olaraq camış nisbətən az, gün ərzində 3-4 litr süd verir. Lakin inək südünə nisbətən yağlılığı 5-10% çoxdur. Camışçılığın əsas üstünlüyü ondadır ki, qidalılığı daha yüksək olduğu bu heyvanların ağartı məhsullarına tələbat çoxdur, həm də qulluq baxımından mal-qaraya nistəbən daha az xərc tələb edir.  
Camışlar həm də xəstəliyə daha davamlıdır. Təhlükə riski  daşıyan yalnız pesteriyoz xəstəliyidir ki, ona qarşı peyvənd etdikdən sonra yoluxma da olmur. Mal-qaradan fərqli olaraq  qan-parazitar xəstəliklərinə tutulmurla
Qeyd edək ki, Masallı rayonunda ümumilikdə fərdi və fermer təsərrüfatlarında 4 minə yaxın camış saxlanılır. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun