Xaçmaz rayon sakini, 27 yaşlı Mircavad Ağayev rayon ərazisində çalışdığı daş karxanasının ərazisində narkotik maddələr becərib.Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karxana ərazisinə baxış keçirilib. Oradan 41 ədəd xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilən çətənə kolları aşkarlanaraq götürülüb.Həmçinin orada çalışan Mircavad Ağayev saxlanılıb.Dindirilmə zamanı Mircavad Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
Emin Vaqifoğlu SPACE TV