“Caliber”: Erməni tərəfinin cəsədlərin axtarışını aparmasına niyə qadağa qoyulub?

  • Space TV
  • 3 Fevral 2021 17:58

Erməni tərəfi hələ də Murov silsiləsi istiqamətində vuruşan itkin düşmüş Azərbaycan hərbçilərinin basdırıldığı yerləri (və ya olduqları yerləri) göstərməkdən imtina edir.

Spacetv.az xəbər verir ki, bu barədə “Caliber” layihəsi öz mənbələrinə istinadən “Telegram” hesabında yazıb.

“Mövsüm, sərt hava şəraiti, dağlıq ərazi və ən əsası – minalarla dolu böyük bir ərazi axtarış missiyası üçün problemlər yaratmağa davam edir.

Buna görə də, erməni tərəfinin bizim ərazimizdə cəsədlərin axtarışını aparmasına qadağa qoyulması ilə bağlı bütün suallar Ermənistanın hərbi-siyasi rəhbərliyinə ünvanlanmalıdır. Ya mina xəritələri və qəhrəmanlarımızın basdırıldığı yerlərin dəqiq koordinatları, ya da hələ götürülməmiş erməni silahlıları azad edilmiş torpaqlar üçün gübrə rolunu oynamağa davam edəcək”, – deyə “Caliber” bildirib.

Paylaş

 Xəbəriniz olsun