Cadu üçün məktəbə girib 6 yaşlı uşağı öldürdü – Dəhşətli qətl

  • SpaceTV
  • 1 Noyabr 2019 16:07

Hadisə Rusiyanın Naryan-Mar şəhərində baş verib.

SPACE TV rus mediasına istinadən xəbər verir ki, şagirdlərin yuxu vaxtında məktəbə girən qatil siniflərdən birində yatan 6 yaşlı uşağı bıçalayıb. Uşaq hadisə yerində dünyasını dəyişib. Müəllimlərin xəbər verməsi ilə polislər hadisə yerinə gəliblər, qatil həbs olunub. O polisə ifadəsində bunları deyib:

“Bir kitabda oxuduğum caduya görə, mənim və yaxınlarımın əbədi həyata və zənginliyə çatmağıç üçün bir uşağı öldürməli idim”.

Qatilin bu ifadəsindən sonra onun psixoloji müayinədən keçəcəyi bildirilir. Öldürülən uşağın atası qatili tanımadığını və heç vaxt görmədiyini deyib. Onun məktəbə necə sərbəst şəkildə girə bildiyi isə məlum deyil. Buna görə də, məktəbin təhlükəsizlik işçiləri plis tərəfindən ifadı üçün saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun