Cəsədləri yardılar, HƏQİQƏT ÜZƏ ÇIXDI: Koronavirus ölümləri bilinən tarixdən 3 həftə əvvəl başlayıb

  • SpaceTV
  • 23 Aprel 2020 10:01

Çinin Vuhan şəhərində meydana gələn yeni növ koronavirusdan ölənlərin ən çox yaşandığı ABŞ-da koronavirusdan ilk ölüm halı martın 9-da açıqlanmışdı.

SPACE TV xəbər verir ki, Kaliforniyada cəsədlər üzərində aparılan incələmələrdən sonra əslində ilk koronavirusun ölümlərinin ondan 3 həftə əvvəl yaşandığı məlum olub. Kaliforniya “Santa Klaria Təccili Əməliyyat Mərkəzi”ndən edilən açıqlamada qeyd edilib:

“Tibb mütəxəssislərimizin təsbitinə görə, əyalətimizdə koronavirus qaynaqlı ölümlər bilinənin əksinə 9 martda deyil, daha əvvəl başlamışdır”.

2 cəsədin yarılaraq aparılan əməliyyatlar nəticəsində bu həqiqət üzə çıxıb.

Paylaş

 Xəbəriniz olsun