Cəriməyə görə təhqir

  • SpaceTV
  • 19 Sentyabr 2019 12:45

Ötən gün sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Sürücü və yol polisi arasında münaqişə yaşanıb. Hadisənin təfərruatları  məlum olub.

Bu görüntülər ötən gün sosial şəbəkələrdə paylaşılıb. Belə ki, sürücü, Fəxrəddin Nəsirov qayda pozuntusu etdiyi üçün  protokol tərtib edən Yol Polisi İdarəsinin əməkdaşını nalayiq ifadələrlə təhqir edib.  Sürətlə yayılan video geniş müzakirələrə səbəb olub.  Əldə etdiyimiz məlumatlara əsasən həmin yol polisi baş leytenant Mehdi Səlimov olub.  Ona qarşı edilən təhqirlərə baxmayaraq iş başında olan yol polisi susmağı seçib. Videodan görünür ki, hadisə yerinə post patrul xidmətinin əməkdaşları çağırılıb.

Fəxrəddin Nəsirov  əgər dediyi kimi haqlıydısa, doğurdan da yol polisi onu şərləyibsə niyə o da məsələni qanun yolu ilə tənzimləməyi, haqqın tələb etməyi secməyib? Axı bunun qanuni yolla bir deyil,  bir neçə həlli var.

Bu hal sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksəriyyət taksi sürücüsünün səhv etdiyini bildirsə də  hadisəni Qarabağ qazisi olan bu şəxsin bəlkə də döyüşlər zamanı aldığı travmaların nəticəsində əsəblərinin pozulması ilə izah edənlər də tapılıb. Lakin istənilən halda heç kəsin heç kəsi təhqir etməyə ixtiyarı yoxdur.

Qeyd edək ki, haqqında danışdığımız taksi sürücüsü Fəxrəddin Nəsirov  hadisədən sonra saxlanılıb. yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları araşdırılıb.Sürücü dindirilib. və ictimaiyyətə görüntüləri yayılıb. O bildirib ki, avtomobildə telefonla danışdığı üçün, eyni zamanda lisensiyasız taksi fəaliyyət göstərdiyi üçün cərimələnib. Yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.

Bəli, bu qədər sadə. Özünün də dediyi kimi Sadəcə həmin an çox əsəbləşib və bu səbəbdən söylədiklərinin fərqində olmayıb. Amma önəmli olan səhvi anlayaraq yanlış yoldan geri dönməkdir ki, Fəxrəddin Nəsirov da yanlışını qısa zamanda düzəldib.

Orxan Şükür – Space

Paylaş

 Xəbəriniz olsun