Günlər idi ki, koronovirus infeksiyasının qarşısının alınması məqsədi ilə bir çox yerlərdə maska taxmaq tələbi tövsiyə xarakterli idisə artıq bu gündən ölkədə müəyyən olunmuş yerlərdə maska taxmayan şəxslərə qarşı cərimə tətbiq olunmağa başlanıldı.
Bu gün paytaxtın Nizami rayonu ərazisində Bakı Nəqliyyat Agentliyi və Nizami RPİ əməkdaşları tərəfindən birgə eyd keçirildi.Reyd zamanı sərnişin avtobuslarından maska taxmadan istifadə edən sərnişinlərə ilk öncə xəbərdarlıqlar olundu daha sonra inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə karantin qaydalarının pozan həmin şəxslərə cərimələrtətbiq olundu.
Reyd zamanı polis tərəfindən saxlanılan şəxslərin əksəriyyəti yeni qadağalardan xəbərsiz olduqlarını bəhanə gətirməklə reyddən yayınmağa çalışdılar.
Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayevin sözlərinə görə sərnişinlərin maskadan istifadə etməməsi belə davam edərsə ictimai nəqliyyatda çalışan əməkdaşlar arasında virusa yoluxma riski artmış olacaq.
Karantin qaydalarına nə dərəcədə riayət olunması ilə bağlı təşkil olunmuş bu kimi reydlər hər gün olmaqla, küçələrdə dayanacaqlarda qapalı məkanlarda mütəmadi olaraq davam etdiriləcək
Qeyd edək ki, maska taxılması ilə bağlı tələbləri pozan fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 2 yüz manat məbləğində cərimə edilir. Bu qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək tələblərin təkrar pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnəcək.
RƏŞAD VƏKİLOĞLU SPACE TV