Cənubi Koreyada 22 milyona yaxın quş məhv edildi

  • Space TV
  • 25 Yanvar 2021 10:43

Cənubi Koreyada ölkədə yüksək patogenli quş qripinə yoluxma hallarının artması ilə əlaqədar 21.7 milyon baş ev quşu məhv edilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Cənubi Koreyada 2020-ci ildə H5N8 yüksək patogenli quş qripinə yoluxma ilk dəfə noyabrın sonunda təsdiqlənib.

Hazırda ölkədə 72 şəxsdə quş qripinə yoluxma halı qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun