Cənub bölgəsindən Bakı istiqamətinə gedəndə ilk diqqəti cəlb edən Salyan avtovağzalındakı açar olur.

  • SpaceTV
  • 13 Fevral 2020 15:27

Bu açar nə  az, nə çox, düz 36 ildir ki, Salyanın tarixinə şahidlik edir. Amma şaquli paralel beton dirəklər arasında asılı qalmasına baxmayaraq nəyin rəmzi olduğunun fərqinə varan olmayıb. Necə deyərlər,  insanlar sadəcə açara baxmaq, bir də yanından ötməklə kifayətlənirlər. Rayonda avtovağzal binası tikiləndə bu açar da o vaxtdan quraşdırılıb.  Aluminium və digər əlvan metalların qarışığından və çəkisi 100 kiloqrama yaxın olan bu açar Bakıda sifarişlə hazırlanıb.  İllərin sınağından çıxmış simvolik açar bu gün də qorunaraq saxlanılır. 

Bəli, deyildiyi kimi bu Cənub qapısının açarıdır. Açarda qadın heykəli və yanında ceyranların olmasının da rəmzi mənası var.  Bu isə rayon ərazisində ceyran  qoruğunun olmasına bir işarədir.

 Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun