Cənub bölgəsinə ezam olunmuş salyanlı həkimlərin ailəsinə yardım göstərilib.

  • SpaceTV
  • 11 Aprel 2020 14:56

Koronavirus infeksiyası yayıldığı gündən bu bəşəri bəlaya qarşı mübarizə aparmaq məqsədi ilə ölkəmizdə, o cümlədən Salyanda da həkimlər  səfərbər edilib. Salyan Mərkəzi Rayon Xəstəxanasının 10 nəfər həkimi bu ağır dünlərdə məsləkdaşlarına köməyə qatılıblar. Artıq onlar 15 gündən çoxdur ki, karantin rejimində işləyən Astara rayon mərkəzi xəstəxanasında ezamiyyətdə olan həkimlər bu virusa qarşı tibbi prosedurların həyata keşirilməsində yaxından iştirak edirlər. Ezam olunan həkimlərin ailəsi isə daim diqqət mərkəzində saxlanılıb. Salyanlı infeksionistlər bu bəşəri bəla ilə mücadiləyə qoşulan həmkarlarına kömək edib dəstək olurkən Rayon icra hakimiyyəti tərəfindən müntəzəm olaraq onların ailələrinə baş çəkilir,  qayğı və problemləri ilə öyrənilir. Bu dəfə də həmin ailələrə baş çəkilib, onlara ərzaq yardımı göstərilib. Həkim ailələri onlara göstərilən bu diqqət və qayğını razılıqla qarşılayıblr.

Qeyd edək ki, rayonda həkim ailələri ilə yanaşı, koronavirus epdemiyası ilə bağlı evdən çıxması qadağan olunan 65 yaşdan yuxarı tənha və kimsəsizlərə də maddi və mənəvi yardımlar göstərilir.  

TƏYYAR NƏSİRLİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun