Cəlilabadlı konüllülər cəbhəyə yola salındı – VİDEO

  • SpaceTV
  • 1 Oktyabr 2020 12:59

Ölkəmizin hər yerində olduğu kimi Cəlilabad rayonunda da işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə yerli şöbəyə minlərlə vətəndaş müraciət edib. Space TV xəbər verir ki, müraciət edən vətəndaşlardan bir qrupu cəbhə bölgəsinə yola salınıb.

Cəlilabadlılar da bu günü-Ali Baş Komandanının əmrini  səbirsizliklə gözləyirdilər. 30 ildir ki, işğal altında olan doğma torpaqlarımızı  düşməndən azad etmək üçün minlərlə cəlilabadlı gənc cəbhəyə getməyə hazırdır.

Hər bir könüllünün  və onların valideynlərinin üzündə bir inam, qələbəyə inam yaşanırdı. Torpaqlarımızı azad edəcəklərinə və düşmən üzərində Qələbə çalacaqlarına, Şuşada, Xankəndində və digər tapdaq altında qalan torpaqlarımızda üçrəngli bayraqlarımızı ucaldacaqlarına  əmin olan gənclərimizdə böyük ruh yüksəliyi var. Valideynləri də onlardan az sevinmirdi.

Cəbhəyə könüllü gedən cəlilabadlı gənclər alqış sədaları altında yola salınıb. Tanrı sizi qorusun Azərbaycan igidləri!

Paylaş

 Xəbəriniz olsun