Cəlilabadın ucqar dağ kəndlərində Yeni kəndlər layihəsi çərçivəsində elektrik təsərrüfatının yenilənməsinə start verilib

  • SpaceTV
  • 22 May 2020 14:20

Çürümüş elektrik dirəkləri, bir-birinə bərkidilmiş məftillər, sınıq-salxaq transformatorlar. Bu görüntülər Cəlilabad rayonunun Boyxanlı kəndindəndir. Rayon mərkəzində təxminən 50 kilometr aralıda yaşayan bu ucqar kənddə əhali payız-qış aylarında həmişə əziyyət çəkib. Yağış-qar yağanda və bir az da güclü külək əsəndə işıqlar sönür, sakinlər saatlarla işıqsız qalırdılar. Əhali illlərlə belə çətin durumda yaşayırdı. Nəhayət əhalini narahat edən bu problem Ölkə başçısının ucqar kəndlərdə elektrik təsərrüfatının yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırqdan sonra öz həllini tapdı. Ölkənin digər ucqar kəndlərində olduğu kimi Azərişıq ASC tərəfindən yeni kəndlər layihəsi çərçivəsində 7 yaşayış məntəqəsini özündə birləşdirən Boyxanlı kənd ərazi vahidkiyində də elektrik təsərrüfatının yenilənməsinə start verildi. Bu da illərlə işıq sarıdan əziyyət çəkən sakinlərin əsl sevincinə səbəb olub.

Hazırda Boyxanlı kəndində xüsusi maşınlarla torpaq qazılaraq elektrik dirəkləri basdırılır, köhnəlri yenisi ilə əvəz olunur. Bundan sonra sıradan çıxmış elektrik məftilləri dəyişdiriləcək, istismar müddəti başa çatmış transformatorların yerinə yenisi quraşdırılacaq.

Azərişığın sözçüsü Vaqif Aydınoğlunun sözlərinə görə, yenidənqurma işləri bütün respublikanı əhatə edir. Bu günə qədər 500 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenilənməsi başa çatdırılıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun