Cəlilabadda taxıl cücərib

  • Space TV
  • 24 Dekabr 2019 14:28

Ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq Cəlilabadın aqrar sektorunun aparıcı sahəsini təşkil edir. Bu mövsüm payız fəslinin uzunmüddətli quraq keçməsi dəmyə taxıl əkinçiliyini  nisbətən gecikdirsə də, fermerlər bu müddətdən maksimum yararlanıblar. Arpa, buğda əkini üçün  65 minhektara yaxın sahədə  şum, mala işləri aparılaraq,   səpini də  optimal müddətdə başa  çatdırılıb. Artıq sahələrin 95 faizində normal çıxış alınıb.

Mütəxəssislər tərəfindən çıxış az nəzərə çarpan yerlərdə monitoqin aparılıb, həmin ərazilərdə əkilmiş toxumların hamısı cücərmə fazasında olduğu məlum olub. Qışın oğlan çağının olmasına baxmayaraq taxıl sahələrində zərərverici həşaratlara qarşı lazımi tədbirlər görülüb. Gələn il daha çox məhsul götürmək üçün əlavə tədbirlərin də görülməsi nəzərdə tutulub. Qeyd edək ki, bu il  hər hektardan 37, 2 sentner məhsul toplamaqla, rayon üzrə 203 min tondan çox taxıl istehsal edilib. Bu isə rayon əhalisinin tələbatından da artıq məhsul tədarükü, eləcə də respublika göstəricisinin 10 faizdən çoxunu təşkil edir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun