Cəlilabadda sahələrdən oğurluq edən şəxs saxlanılıb

  • Space TV
  • 3 Fevral 2020 14:43

Cəlilabadda sahələrdən oğurluq edən şəxs saxlanılıb. Əməliyyatı  Cəlilabad rayon polis şöbəsi həyata keçirib. Rayonun  Uzuntəpə kənd  sakini Hüseynov   Saleh Təvəkkül oğlu  Cəlilabad rayon polis şöbəsinə  ərizə ilə müraciət edərək  qardaşı   Hüseynov   Sabir  Təvəkkül  oğlunun  evindən  bir ədəd televizor, bir ədəd sugücləndirici və bir ədəd  velosipedin  oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluğu zərərçəkənin  həmkəndlisi  Mirzəyev Seydəli Feyruz oğlunun   törətdiyi   müəyyənləşib.

Araşdırma zamanı aydın olub ki, Sabir Hüseynov  Rusiya Federasiyasında yaşadığından  mənzil boş olub. İsntintaq zamanı Seydəli Mirzəyevin  müxtəlif  vaxtlarda  əkin sahələrindən  kənd təsərrüfatı texnikaları oğurladığı müəyyən   edilib.

Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun