Cəlilabadda sərxoş vəziyyətdə karantin qaydalarını pozan şəxs həbs edilib.

  • Space TV
  • 27 İyul 2020 16:21

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Cəlilabad sakini Ramiz Məmmədovun şəhər ərazisində müvafiq icazə olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilib. Sərxoş vəziyyətdə olan həmin şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar Cəlilabad rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.

Təyyar Nəsirli space tv

Paylaş

 Xəbəriniz olsun