Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

  • Space TV
  • 25 İyun 2020 14:24

Hadisə  köhnə Ələt-Astara  magistral  yolunun 150-ci  kilometrliyində, Cəlilabad rayonun Göytəpə şəhər ərazisindən  keçən hissəsində qeydə  alınıb. Sumqayıt sakini, 50 yaşlı  Oktay Hacıyev  idarə etdiyi ” “KamAZ-5320″ markalı yük maşını ilə atla hərəkətdə olan,  60 yaşlı Saleh Əzizovu vurub. Yaralı Cəlilabad  Rayon Mərkəzi   Xəstəxanasına çatdırılıb. Xəstəxanada göstərilən tibbi yardıma baxmayaraq  Saleh Əzizovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun