Cəlilabadda narkotacir qohumlar 6 kiloqram narkotiklə saxlanılıb.

  • SpaceTV
  • 30 May 2020 16:06

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Elşad Hüseynli və qohumu Samir İsgəndərov “Range Rover” markalı avtomobildə Cəlilabad rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin avtomobilə keçirilən baxış zamanı 4 ədəd sellofan torbada, ümumi çəkisi 4 kiloqram 190 qram narkotik vasitə olan heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından qaçaqmalçılıq yolu  əldə etdiklərini etiraf ediblər.  

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun