Cəlilabadda kütləvi zəhərlənmə: İki ailə xəstəxanalıq oldu

  • Space TV
  • 6 Fevral 2020 11:20

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

SPACE TV  xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Kənd sakinləri 1979-cu il təvəllüdlü İmanov Niyaməddin Balamirzə oğlu, 2009-cu il təvəllüdlü İmamzadə Leyla Niyaməddin qızı, 2006-cı il təvəllüdlü İmanlı Rövlan Loğman oğlu, 1984-cü il təvəllüdlü Əliyeva Səidə Mühacir qızı, 2007-ci il təvəllüdlü Əliyeva Nuranə Rövşən qızı və 2010-cu il təvəllüdlü Əliyeva Gülşən Rövşən qızı naməlum etiologiya zəhərlənmə ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin araşdırma zamanı məlum olub ki, zəhərlənən şəxslər fevralın 5-i axşam saatlarında N.İmanova məxsus evdə ət məhsulundan ev şəraitində hazırlanmış yemək və xiyar turşusu yeyiblər. Yeməkdən 20-30 dəqiqə sonra onların vəziyyəti pisləşib. 

Xəstəxanada göstərilən ilkin tibbi yardımdan sonra onlar evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun