Cəlilabadda karantin rejiminin qaydalarını pozan şəxs saxlanıldı

  • Space TV
  • 17 Aprel 2020 14:11

Cəlilabad sakini Sirus Kərimov şəhər ərazisində idarə etdiyi “Porsche” markalı avtomobillə xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu müəyyən edilib. Lakin Sirus Kərimov polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək ərazidən uzaqlaşmaq istəsə də Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Sinxron:Sirus Kərimov-saxlanılan şəxs…..

Video:Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun