Cəlilabadda karantin qaydalarını pozan 4 nəfər saxlanılıb.

  • Space TV
  • 24 İyun 2020 15:26

Sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəbərdarlıqlara məhəl qoymayan, karantin rejiminin tələblərini pozan şəxslər barəsində qanunamüvaiq tədbirlər görülür. Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq Cəlilabad şəhərinin girişində yaradılmış stasionar postda “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilsə də o bu əmrə tabe olmayaraq hərəkəti davam etdirib. Şəhər ərazisində həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanıldığı zaman sürücü və həmin vaxt avtomobildə olan 3 nəfər sərnişin yenidən tabesizlik göstərməyə çalışsa da, saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətiriliblər. Onların Biləsuvar sakinləri Yaşar Şahmarov, İqbal Abdullazadə, Fərhad Əlizadə, və Rəvan Quliyev olduqları, hər 4 şəxsin karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Barələrində toplanmış materiallar rayon məhkəməsinə təqdim edilib və 2-si barədə inzibati həbs qərarı verilib, digərləri isə cərimə olunublar.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun