Cəlilabadda kənd yaxınlığında yanğın başlayıb

  • SpaceTV
  • 8 Avqust 2020 13:26

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Spacetv.az xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, iki hektar sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Paylaş

 Xəbəriniz olsun