Cəlilabadda kənd sakini yaxın qohumları tərəfindən vəhşicəsinə döyülüb

  • Space TV
  • 26 İyun 2020 15:46

Cəlilabad rayonunun Alar  kənd sakini Zaur Quluyev evinin yaxınlığında qohumları tərəfindən  döyülüb. Zərərçəkənin yaxınlarının sözlərinə görə, hadisə yol üstündə baş verib. Belə ki, Zaur Quluyev həyətyanı sahəsindən təsərrüfat texnikasının keçməsinə icazə verməməsi  bir neçə qohumunun qəzəbinə səbəb olub.   Axşam saatlarında tərəflər arasında yaranan  mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Zərərçəkən hadisə ilə bağlı Cəlilabad rayon polis şöbəsinə müraciət edib.Şöbədə onun halı pisləşdiyi üçün Polisllər tərəfindən Xəstəxanaya yerləşdirilib.Həkimlərin  müayinəsi zamanı Zaur Quluyev baş qapağında çoxsalı sınıqların olduğu məlum olub.Hazırda onun durumu ağır oraq qalır. Hadisəni törədənlərin istintaqa cəlb ediməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun