Cəlilabadda iki yük maşınının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

  • SpaceTV
  • 28 May 2020 15:44

Qəza köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonunun  ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Masallı rayon sakini, 26 yaşlı Cəmşid Almaslının idarə etdiyi “Kamaz” markalı yük maşını Lənkəran şəhər sakini, 28 yaşlı Elvin Əzimzadənin idarə etdiyi “İsuzu” markalı yük maşını ilə toqquşub.  Zərbənin təsirindən “İsuzu” markalı maşın aşıb.  Hər iki yük maşını ciddi zədələnərək yararsız  hala düşüb. Hadisə zamanı yük maşınlarının sürücüsü və daha bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad rayon diaqnostika mərkəzinə yerləşdirilib. Hadisənin hansı sürücünün günahı ucbatından baş verdiyi  hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun