Cəlilabadda dağlıq ərazidə yanğın başlayıb

  • Space TV
  • 10 Sentyabr 2020 14:45

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Bildirilib ki, bir hektar sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun