Cəlilabadda dəfələrlə 8103-ə SMS göndərən və icazəsis evdən çıxan şəxs sanlanılıb.

  • SpaceTV
  • 3 İyul 2020 15:40

Cəlilabadın Əliqasımlı kənd sakini Tural Mehdiyev Karantin qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, onun həmin gün aldığı icazənin müddəti bitdikdən sonra vətəndaş yenidən dəfələrlə 8103-ə smslər göndərib. 8 dəfə ardıcıl göndərdiyi sms-ə cavab gəlməməsinə rəğmən Tural Mehdiyev yaşadığı yeri tərk edib və buna görə saxlanılıb.

Onun barəsində toplanılmış materiallar rayon məhkəməsinə göndərilib və 10 sutka inzibati qaydada həbs edilib.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun