Cəlilabadda ağır qəza: Ölən və yaralananlar var

  • Space TV
  • 18 Yanvar 2021 10:07

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az-ın məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun