Rayon ərazisindəki Göytəpə çayında hadisə baş verib. Göytəpə şəhəri, Məşədi Əzizbəyov küçəsində yaşayan, şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü İlqar Şəbiyev heyvan otardığı ərazidə Göytəpə çayını keçmək istəyərkən çaya düşərək böğulub. Azyaşlının meyiti boğulduğu yerdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
Təyyar Nəsirli SPACE TV