Cəlilabad üzüm tənəkləri budanır

  • Space TV
  • 27 Dekabr 2019 17:34

Ölkədə 500-dən çox yerli və xarici üzüm sortları yetişdirilir ki,  bunlardan 30 növə yaxını torpaq-iqlim şəraitinə uyğun olaraq  Cəlilabad ərazisində becərilir.  Ötən mövsüm rayonda  texniki və süfrə üzüm sortlarından orta məhsuldarlıq 180- 200 sentner olub,  bəzi bağlarda  isə 300-400 sentnerə qədər məhsul toplanıb.  Bağ sahibləri gələn il də bol məhsul götürmək üçün bir neçə gündür üzüm bağlarında budama işlərinə başlayıblar.

Hazırda rayonda 1500 hektara yaxın  üzüm bağı var, bunlar məhsul verən üzüm bağıdı. Bundan 360 hektarı texniki, qalan hissəsi isə süfrə üzüm sortlarıdı. Mütəxəssislərin sözlərinə görə üzüm bağlarının genişləndirilməsi gələcəkdə rayonda yeni emal müəssisələrinin yaradılacağına əlverişli zəmin yaradır.

2020-ci ildən ölkədə tətbiq olunacaq yeni subsidiya qaydalarında da üzümçülüyün inkişafını stimullaşdıran müddəalar bu sahəyə təkan olacaq. Dövlətin üzüm tingçiliyini , eləcədə üzüm bağlarının salınmasını dəstəkləməsi  bu sahənin gələcəkdə ixrac potensialını daha da gücləndirəcək.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun