Cəlilabad sakinləri Bakıda narkotiklə tutuldu

  • Space TV
  • 24 Noyabr 2020 13:57

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Spacetv.az-a verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan Cəlilabad şəhər sakinləri Sadiq Əliyev və Fərhad Tomarov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıblar.

Onların kirayə yaşadıqları Xətai rayonundakı evdən 19 ədəd bağlamada çəkisi 3 kiloqrama yaxın narkotik vasitə heroin, 4 bükümdə çəkisi 200 qram həşiş qətranı, 50 qram tiryək, 1 kiloqram psixatrop maddə metamfetamin, hər birində 100 ədəd həb olmaqla 15 qutu “Metadon-40” tərkibli dərman preparatları və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun