Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb.

  • SpaceTV
  • 27 Fevral 2020 11:51

Əməliyyat zamanı paytaxt sakini Səbuhi Gülməmmədov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Salahov Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. Səbuhi Gülmməmədovun əlindəki və idarə etdiyi avtomobildəki bağlamalara baxış zamanı ümumi çəkisi 2 kiloqram 150 qram olan narkotik vasitə tiryək və 555 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin onlara məxsus olduğunu və satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun