Cəlilabad rayonunda yazlıq kartof əkini davam etdirilir

  • SpaceTV
  • 13 Yanvar 2020 18:10

Cəlilabadlı əkinçilər ötən mövsüm sahələrdən 130 min tondan çox, yaxud 260 sentner məhsuldarlıq əldə ediblər. Məhsulun 80 faizə yaxını xaricə ixrac olunub. Yerli mütəxəssislərin hesablamalarına əsasən, kartof istehsalçılarının ötənilki yazlıq və payızlıq əkinlərinə görə ümumi gəlirləri 1 milyon manata yaxın təşkil edir. Hazırda sahələrdə Rusiyadan gətirilən “Razara”, “Udaça”, “Kembirov”, kimi  kartof növləri əkilir. Bu kartof növləri  tez yetişməsi ilə yanaşı, yüksək məhsuldarlığı ilə də seçilir.

Təsərrüfat sahibi Vahid Ağayev deyir ki, yazlıq kartofun qış fəslində şaxtanın təsirindən qorunması məqsədilə toxumlar 10-15 santimetr dərinlikdə basdırılır. Əkindən əvvəl torpağa mineral gübrələrin verilməsi, aqrotexniki qaydalara düzgün riayət olunması mühüm amillərdəndir. Məhsul yığımı dövründə satışında da heç bir problem yoxdur.

Qeyd edək ki, yüksək məhsuldarlığın əldə olunması üçün rayonun Maşlıq, Muğan, Kazımabad, Göytəpə, Sabirabad kəndlərində münbit torpaqlar seçilib və müvafiq aqrotexniki tədbirlər həyata keçirilib. Bu il rayon üzrə 5 min hektardan çox sahədə yazlıq kartofun əkilməsi nəzərdə tutulub.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun