Cəlilabad da karantin rejimi gücləndirilib

  • Space TV
  • 23 İyun 2020 16:08

Sərtləşdirilmiş karantin rejiminin qüvvədə olduğu Cəlilabad rayonunda dezinfeksiya işlərinə Daxili İşləri Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı texnikası, eləcə də Komunal xidmətlərin balansında olan 4 suçiləyən texnika cəlb edilib. Yol polislərinin nəzarəti altında rayonun mərkəzində,  eləcə də Göytəpə şəhərində küçə və prospektlər xüsusi kimyəvi məhlullarla yuyulub. Bununla paralel olaraq şəhərin parklarında, yaşayş və inzibati binaların qarşısında dezinfeksiya işləri aparılıb. Qeyd edək ki, şəhərdə dezinfeksiya tədbirləri xüsusi qrafik əsasında  hətədə 4 gün olmaqla həyata keçirilir. Müəyyən sosial xidmət göstərən inzibati binaların həyətləri və daxili isə  axşam saatlarında hər gün dərmanlanır.

Dezinfeksiya tədbirləri şəhərlə yanaşı son vaxtar COVİD-19 infeksiyasının yayıldığı Ağdaş inzibati ərazi nümayəndəlyinə daxil olan kənlərdə də həyata keçirlir.Ümumilikdə 3 gün ərzində şəhər ərzisində karantin rejimin pozlması halları da müşahidə olunub.10 nəfərdən çox yerli sakin inzibati qaydada cərimələnib. Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək ciddi karantin rejimi tətbiq olunub.  

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun