Cəlilabad 10 min tut tingi əkilib

  • Space TV
  • 18 Dekabr 2019 17:23

Son 3 ildə rayonda Çindən gətirilmiş 36 min tut tingi əkilib. Baramaçılıq rayon əməkçiləri üçün yeni sahələrdən olsa da, qısa vaxtda qazanılan nəticələr ürəkaçandır. Ötən il barama yetişdirilməsi üçün kümçülərə paylanılan 1 kiloqram ipəkqurdundan 1200 kiloqram, bu mövsüm isə 3 tona yaxın barama istehsal edilib. Dövlətin bu sahənin inkişafına diqqət göstərməsi, ayrılan subsidiyalar baramaçılığa marağı daha da artırıb.

Rayonda baramaçılıq sahəsində ötən mövsüm 90 nəfərə yaxın kənd sakininin məşğulluğu təmin olunub. Ümumilikdə isə kümçülər 11 min manatdan çox gəlir əldə ediblər. Bunun 6 min manata yaxını dövlət tərəfindən verilən subsidiyadır.

Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq yaxın illərdə baramaçılığın inkişafını təmin etmək məqsədilə tut bağlarının sahəsinin artırılması, süni yem istehsalına nail olmaqla barama istehsalının həcminin artırılması planlaşdırılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun