Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut elektrik enerjisi ilə təmin olundu

  • Space TV
  • 17 Fevral 2021 15:10

Yeni çəkilən elektrik xətti vasitəsiylə ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərə  elektrik enerjisinin verilişi təmin olunub.

Bu barədə “Azərişıq” ASC Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, artıq Cəbrayıl, Zəngilan, Qubadlı rayonu və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik xətti vasitəsiylə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub. 

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.https://www.youtube.com/embed/tP5Usv8PoBE

Paylaş

 Xəbəriniz olsun