Cəbrayıl polisi silah-sursat aşkarladı

  • Space TV
  • 5 Fevral 2021 12:21

Cəbrayıl polisi silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Rasif Cəfərovun Biləsuvar rayonu ərazisində Cəbrayıl və digər rayonlardan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədə yerləşən yaşadığı evdən 1 ədəd AKM markalı silah, 1 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

R.Cəfərovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun