Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir – RƏSMİ

  • Space TV
  • 7 Oktyabr 2020 10:20

Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb.

Müdafiə Nazirliyindən Spacetv.az-a bildirilib ki, Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir:

“Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.

Paylaş

 Xəbəriniz olsun