Cəbhənin Ağdam istiqamətində Ermənistan ordusu tərəfindən qətlə yetirilən 9 yaşlı Fariz Bədəlovun ölümündən 9 il keçir

  • Space TV
  • 9 Mart 2020 16:11

Erməni snayperi tərəfindən ötən il 8 mart günü vurulan azyaşlı Fariz Bədəlovun ölümündən 9 il ötür. Ona görə də bu gün bütün qadınlar bayramı qeyd etsələr də Bədəlovlar ailəsi yas içindədir. Fariz Bədəlov ailənin tək övladı idi və atasız böyümüşdü, babasının yanında qalırdı. Lakin 2011-ci ilin martın 8-də öz həyətində dostları ilə oynayarkən erməni snayperinin gülləsinə tuş gəldi.

Fariz Bədəlov bu gün yaşasaydı. 18 yaşı vardı. Onun Sinif yoldaşının bir hissəsi tələbə adını qazanib digərləri isə Azərbaycan milli ordusunda xidmət edir. 9 yaşında düşmən ordusu tərəfindən qətlə yetirilən Farizində çox böyük arzuları vardı. Böyüyəndə polis olmaq istəyirdi.

Bu hadisə atəşkəs dövründə erməni hərbiçilərin törətdiyi ən böyük qəlt oldu. Düşmən ordusu daimi cəbhə bölgəsində yaşayan insanlari hədəf seçərək atəş açır.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun