Cəbhə xəttində yerləşən kəndlərinin təhlükəsizliyi tam nəzarət altındadır.

  • Space TV
  • 16 Mart 2020 17:02

Yolumuz Ağdamın Orta Qərvənd kəndindədir. Cəbhə xəttində yerləşən kənd ermənistan ordusunun ən cox atəşə tutduğu yaşayış məntəqlərindən biridir.

Cəbhə kəndində hər bir kadr müharibənin izlərini daşıyır. Burada elə bir ev olmaz ki, düşmən atəşinin zərəri görünməsin. Dəlik deşik olan həyət qapıları bu kəndin hər bir evində var.

Cəbhə kəndinin insanları həyatları bahasına yaşam mücadiləsini davam etdirir. Hər şey o qədər adiləşib ki, artıq hec kim atəşkəsin pozulmasına qorxmur. İstər uşaq istərsə də yaşlı olsun həyatının təhlükə qarşısında olduğunun fərqində deyil. Halbuki düşmən hər an atəş açaraq bu insanların həyatına son qoya bilər.

Cəbhə kəndində yaşayanlar axşama doğru ermənilərin fəallaşacağını bilir. Hava qaralmadan hər kəs mal-qarasını sahədən gətirir, uşaqlar evə toplanır. Vəziyət nə qədər cətin və təhlükəli olsada sakinilər ön xəttdə vətənin keşiyində mübariz dayanan Azərbaycan ordusuna güvənirlər. Cünkü Azərbaycan əsgəri hər dəfəsində düşmənin layiqli cavabını verir.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun