Cəbhə bölgəsindəki məktəblərdə tədris – VİDEO

  • SpaceTV
  • 30 Sentyabr 2020 16:49

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı silahlı təxribatları davam edir. Space TV xəbər verir ki, ordumuz qarşısında aciz qalan düşmən mülki əhalini hədəf alır. Düşmən fərdi evlərə, obyektlərə, həmçinin tədris müəssisələrinə ciddi ziyan vurub. Bu, cəbhəyanı bölgələrdəki tədris müəssisələrində tədris prosesinə də təsir göstərib.

468 məktəbdə həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Söhbət  cəbhə bölgəsində yerləşən tədris müəssisələrindən gedir.  Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən distant təhsilin təşkilində fasilələr yaranıb.

Təhsil üzrə mütəxəssis Kamran Əsədov deyir ki, belə bir zamanda şagirdlər təhsildən kənar qalmamaları üçün teledərslərlə yanaşı dərsliklərinə də müraciət etməlidirlər. Eyni zamanda müəllimlər məhdud şəraitdə olsa belə, şagirdlərinə maksimum köməklik  göstərməlidirlər.

Qeyd edək ki, ölkədə yaranan mövcud  vəziyyətlə əlaqədar  bərpaedici təhsil nəzərdə tutulur. 2021-ci ildə imtahan verəcək şəxslər üçün qəbul və buraxılış imtahanınin proqramlarında dəyişiklik ediləcək.

Paylaş

 Xəbəriniz olsun